logo

Lənkəran-Moskva birbaşa aviareysi açılır

12:39 03-04-2018 | icon 3703
Lənkəran-Moskva birbaşa aviareysi açılır

İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları”nın(AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq. 

YeniAvropa xəbər verir  ki, bu haqda AZAL-ın mətbuat xidmətindən bildirilib. Aviareyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da baş tutacaq və Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də həyata keçiriləcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də - Gəncə (aprelin 13-dən) və Qəbələdən də (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.