Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 3-də Abşeronunun, həmçinin Bakının Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.