logo

Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

10:17 03-04-2018 | icon 2702
Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Aprelin 3-də Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. 

YeniAvropa xəbər verir  ki, vergilər nazirinin müavini Sahib Ələkbərov ölkəmizdə işəgötürənlərlə bağlı təhsil alanlar arasında effektiv əlaqələrin qurulmasını nəzərdə tutan yeni layihəyə start verildiyini bildirib.

Nazir müavini qeyd edib ki, bu layihə təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır.

Həmçinin nəzərə çatdırılıb ki, əməkdaşlıq çərçivəsində qarşıdakı dövrlərdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq.