İstanbulda "ISTRADE 2018" Enerji Ticarəti və Tədarükü Zirvə toplantısı keçiriləcək
Aprelin 9-10-da İstanbulda "ISTRADE 2018" Enerji Ticarəti və Tədarükü Zirvə toplantısı keçiriləcək.
YeniAvropa Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi, və Enerji Bazarlarını Tənzimləmə Təşkilatının dəstəyi ilə təşkil edilən tədbirdə enerji ticarətindəki problemlər, cari vəziyyət, gözləntilər və mütəşəkkil bazarların gələcəyi müzakirə ediləcək.
Sektordan bir çox mütəxəssisin qatılacağı tədbirdə "Enerji ticarətində rəqəmsal dəyişiklik", "Pərakəndə elektrik bazarları və paylama", "Elektrik bazarlarında ticarət və tədarük", "Türkiyədə təbii qaz ticarəti və neft bazarlarında ticarət və rəqəmsallaşma" və s. mövzularında panel iclaslar təşkil ediləcək.