logo

Tələbələrin III qış elm festivalında 100-dək layihə təqdim olunub

20:05 21-12-2017 | icon 4193
Tələbələrin III qış elm festivalında 100-dək layihə təqdim olunub

Bakı Mühəndislik Universiteti (BMU) tələbə elmi cəmiyyətinin devizi altında keçirilən III qış elm festivalında 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdlərinin 100-dək layihəsi təqdim olunub.

YeniAvropa xəbər verir ki, layihələr dil və ədəbiyyat, mühəndislik, biologiya, fizika, kimya, riyaziyyat və iqtisadiyyat kateqoriyalarını əhatə edib. Layihələrlə tanış olan BMU-nun rektoru, professor Havar Məmmədov iştirakçılara uğurlar arzulayıb. O, festivalın tələbələr arasında rəqabət mühitinin yaradılmasında, onların təhsilə və elmə olan maraqlarının artırılmasında mühüm rol oynayacağını vurğulayıb.

Bildirilib ki, BMU hər zaman tələbələrin innovativ ideyalarını dəstəkləyir və texnoparkda onların startap layihələrinin həyata keçirilməsi üçün şərait yaradır.

Sonra qalib layihələrin müəlliflərinə diplom və sertifikatlar təqdim edilib.