Mayın ilk hərracına 199 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Komitədən YeniAvropa-ya bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “Goranboy Aqrotexservis”, “İmişli Yağ Pendir” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşdirilməyə çıxarılan əmlaklardan 60-ı xidmət, 11-i iaşə, 10-u təmir, 6-sı sənaye, digər 6-sı isə kənd təsərrüfatı sahələrinə aiddir.
Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Sumqayıt şəhərində yerləşir. Şəhərin mərkəzində Bağlar massivi deyilən yerdə dəniz kənarında olan "Laçın" restoranı sahibi üçün əlverişli qazanc mənbəyi ola bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 450 kvadratmetrə yaxın, torpaq sahəsi isə 2400 kvadratmetrdən çoxdur. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin dəyərliliyini artıran amillərdəndir. Həmin obyekt investorlar üçün iaşə sahəsində olduqca əlverişlidir.
Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əmlaklar var. Mingəçevir şəhərində yerləşən 138 saylı mağaza belə obyektlərdəndir. Bu əmlakın ümumi faydalı sahəsi 300 kvadratmetrə yaxındır. Həmin obyekt ərzaq mallarının pərakəndə satışı üçün yararlıdır. Əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi isə rentabelliyi daha da artırır.
Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşdirilməyə çıxarılıb. Qovlar tikiş fabrikinin Goranboy sahəsi belə əmlaklardandır. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetr, torpaq sahəsi isə 3000 kvadratmetrdən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Masallı rayonunda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kvadratmetrə yaxın, torpaq sahəsi isə 26 min kvadratmetrdən çoxdur. Bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq.
Budəfəki hərracda sərfəli qiymətə, yəni, 2 min 500 manata da əmlak tapmaq olar. Paytaxtın Zabrat qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 21 kvadratmetr, torpaq sahəsi 22 kvadratmetr olan 41/3 saylı mağaza bu qiymətə özəlləşdirilməyə çıxarılacaq. Cəmi 250 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 47-si paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Belə əmlakların sahəsi 8 kvadratmetr ilə 213 kvadratmetr arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 5 min manatdan başlayaraq, 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-ci illəri əhatə edir. Özəlləşdirməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşdirmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb