İlk Türk Ticarət Evi Azərbaycanda açılacaq
Türk Ticarət və Sənaye Palatasının (TCCI) 2-ci Baş Assambleyasının onlayn formatda görüşü keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib. Qeyd edilib ki, görüşdə gündəlikdə duran 12 məsələ, o cümlədən Türk Ticarət evlərinin yaradılması, biznes-forumlar, B2B görüşlərin keçirilməsi, ötən müddətdə qurumun təşkilatlanması və sair məsələlər müzakirə edilib.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbə qazanması münasibətilə Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edib. Palata rəhbərlərinin noyabrın 2-də Bakıda keçirilən görüşü haqqında yüksək fikirlər səsləndirən R.Hisarcıklıoğlu Azərbaycanda alınan qərarların icrasına başlanıldığını vurğulayıb.
“Layihələrinizi gözləyirəm, hamımız tarixi İpək Yolunun tən ortasındayıq və bu koridoru fəal şəkildə istifadə etməliyik. Bildirim ki, ilk Türk Ticarət Evinin Azərbaycanda açılmasına qərar verdik”, - deyə o qeyd edib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanı böyük qələbə münasibətilə təbrik edərək noyabrın 2-də Bakıda keçirilən görüş əsnasında nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini böyük məmnuniyyətlə xatırladıb. O, üzv təşkilatlara təklif edib ki, öz ölkələrinin iqtisadi imkanları, potensialları barədə məlumatları ümumi platformada bölüşsünlər. Baş katib müxtəlif istiqamətlərdə təşkilatın fəaliyyətini aktivləşdirməyi, qadın və gənc sahibkarların dəsətəklənməsi ilə bağlı təkliflərlə çıxış edib.
ASK-ın prezidenti Məmməd Musayev Bakı görüşü ilə bağlı dəyərli fikirlərə görə iştirakçılara təşəkkürünü bildirib. Deyib ki, Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrünə qədəm qoyduq. İlk Türk Ticarət Evinin Azərbaycanda yaradılması ilə bağlı qərarınızı yüksək qiymətləndiririk.
İclasda TCCI-nin üzvləri arasında əmtəə birjalarının qurulması, qadın və gənc sahibkarlar komitələrinin yaradılması üçün türk modelləri, “Onlayn təlim: KOB-lar və elektron ticarət üçün rəqəmsal transformasiya” mövzularında təqdimatlar edilib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası TOBB-un təcrübəsi əsasında Goranboy rayonunda pilot əmtəə birjasının yaradılması barədə razılıq əldə edib.
İclasda Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Laszlo Parragh, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin birinci müavini İslam Jasimov, Qazaxıstan Sahibkarların Milli Palatasının Qazaxıstan Beynəlxalq Ticarət Palatasının rəhbəri Ayan Yerenov və digərləri çıxış ediblər.
Sonda assambleya gələn il Qırğızıstanın təşkilatçılığı ilə 3-cü Türk Biznes Forumunun, Macarıstanın təşkilatçılığı ilə Türk-Macar Biznes Forumu və B2B görüşlərin keçirilməsi barədə qərarını elan edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb