Lənkəran rayonunda alça ağacı dekabr ayında ikinci dəfə bar verib. YeniAvropa xəbər verir ki, Lənkəran rayonunun Cil kənd sakini Cəsarət Əkbərovun həyətyanı təsərrüfatında qeyri-adi təbiət hadisəsi görənlərin təəccübünə səbəb olub.. Alça ağacı nəinki çiçək açıb, həm də bar verib.
Təsərrüfat sahibinin dediyinə görə, ağac 15 il əvvəl əkilib və ildə bir dəfə bar verib. Son zamanlar havaların isti keçməsi ilin qışa dönən vədəsində ağacda canlanma yaradıb. Noyabrda yenidən çiçəkləyən ağac ikinci dəfə bar verib.
Mütəxəssislərin fikrincə, alça ağacı payız-qış fəslində artıq dərəcədə gün şüaları qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar “yalançı çiçəklər” açır və sonra tökülür.
Qış alçası hələlik tam yetişməsə də, mülayim havalar davam etsə, ağacdan 15-20 kiloqram məhsul götürmək olar. Onu da qeyd edək ki, yayda yetişənlə qışda ərsəyə gələn alça arasında heç bir dad fərqi yoxdur.