Xatırladaq ki, iki gün əvvəl Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb, 1 nəfər ağır dərəcədə xəsarət alıb..
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən maşından çıxarılıblar.
Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov isə xəsarət alıb.
Faktla bağlı araşdırma davam etdirilir.