logo

Azərbaycan məhsullarının Qətər bazarına ixracı imkanları müzakirə edilib

19:32 01-04-2018 | icon 2513
Azərbaycan məhsullarının Qətər bazarına ixracı imkanları müzakirə edilib

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov respublikamızda istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının bu ölkənin bazarında tanıdılması və təşviqi məqsədilə yerli idxalçı şirkətlərdə görüş keçirib.

Səfirlikdən YeniAvropa-ya  bildiriblər ki, Qətərin Milli Qida Şirkətinin (NAFCO) rəhbəri Manasvi Rasgotra ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycan istehsalı olan məhsulların Qətər bazarına ixracı imkanları müzakirə edilib.

Qatar Milli İdxalat və İxracat Şirkətinin (QNIE) idarə heyətinin üzvü Məhəmməd Zain Valid Alkhiyami ilə görüşdə həmin şirkətlə ölkəmizdə fəaliyyət göstərən sənaye və ticarət müəssisələri arasında əməkdaşlığın yaradılması və inkişafı yollarından bəhs edilib. Ölkəmizdə istehsal edilən gündəlik istehlak məhsullarının Qətərə ixracı məsələsi müzakirə olunub. Şirkət ölkəmizin ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq etməyə dəvət edilib.

Görüşlərdə ölkəmizdə mövcud investisiya mühiti, iqtisadiyyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlər, istehsal müəssisələri və “Made in Azerbaijan” brendi altında istehsal edilən və dünya bazarına ixrac olunan məhsullar haqqında ətraflı məlumat verilib.