logo

SOCAR-ın prezidenti Gürcüstanda səfərdə olub

17:11 01-04-2018 | icon 2590
SOCAR-ın prezidenti Gürcüstanda səfərdə olub

SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 30-dan aprelin 1-dək Gürcüstanda səfərdə olub.

Bu barədə YeniAvropa-ya  SOCAR-dan məlumat verilib. Bildirilib ki, səfər zamanı SOCAR-ın prezidentini şirkətin vitse-prezidentləri Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.

Səfər çərçivəsində R.Abdullayev Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Səfər zamanı, həmçinin "”SOCAR Energy Georgia” şirkətinin Tbilisidəki ofisində yığıncaq keçirilib. “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov SOCAR-ın prezidentini şirkətin 2017-ci ildəki fəaliyyətinin nəticələri, eləcə də 2018-ci il üzrə inkişaf planları barədə məlumatlandırıb. İclasın sonunda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci il üzrə uğurları nəzərə alınaraq 2018-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.