iyunun 5-də Bakıda Azərbaycan- Avropa İttifaqı biznes forumunu keçirəcək.
YeniAvropa xəbər verir ki, bu haqda tədbirin təşkilatçısı olan Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçiriləcək biznes forumun əsas məqsədi Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.