Onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətinin uzadılması, 34079-u müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın status ilə ölkə ərazisində yaşayır.
Hesabatda həmçinin qeyd edilib ki, 2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.