Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.