Azərbaycanın beynəlxalq müstəvidə növbəti dəfə tanıdılması
Ölkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda “Azercell” şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub.
YeniAvropa xəbər verir ki,belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında Azərbaycanın lider mobil operatoru “Azercell”in hazırladığı #QadınDediyin sosial layihəsi 2 yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən, #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə bürünc medala layiq görülüb.
#QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşa biləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur - inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.
Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserler və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı.
Bu il ilk dəfə onlayn formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi “Red Jolbors” kommunikasiya festivalına öz işini təqdim ediblər. Onlar 7 kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda qalıb. Müsabiqənin “Jolbors Education” adlı maarifləndirici bölməsində “Google”, “Mail.ru Group”, “PepsiCo”, “Skyeng”, “Borjomi Global”, “Forbes Russia” kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. “Red Jolbors” festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır.
“Azercell” indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq