Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 37,53 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ və Avropada koronavirusa yoluxma hallarının artması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra istehsalın yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin ucuzlaşmasına səbəb olur.
Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.