logo

Atmosferdəki tozun miqdarı normadan yuxarıdır

17:33 29-03-2018 | icon 2212
Atmosferdəki tozun miqdarı normadan yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən YeniAvropa-ya  bildiriblər ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 15-də bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 9-da həmin göstərici 20 faiz, 12-da 25 faiz sanitar normadan yuxarı olub.