Bakıda XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir.
“Iteca Caspian” şirkətindən YeniAvropa-ya bildirilib ki, sərgi 29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Xəzər Neft və Qaz sərgi və konfransı 25 il ərzində uğurla keçirilməsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanıb. Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.
Bu il “Caspian Oil & Gas” sərgisinin yubileyi bir neçə əhəmiyyətli tarixə təsadüf edir. Belə ki, sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi keçirilir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmçinin bu il ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC, 1918) 100 illik yubileyi qeyd edilir. Bu əlamətdar hadisələr sərgi proqramında öz əksini tapacaq.
Ənənəvi olaraq sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
“Caspian Oil & Gas” sərgisinin 40 faizini ənənəvi olaraq sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Onların arasında SOCAR, BP, Total, Statoil, Petkim və digər şirkətlər yer alır. Bu il tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli qrupları ilə çıxış edirlər. Bu il sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Şirkətlər neft hasilatı və enerjidaşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.
Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, platin sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Statoil, gümüş sponsoru TP Azerbaijan, Bürünc sponsorlar qismində isə Azeri MI, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Caspian Marine Services (CMS), RussNeft, SOCAR Polymer, Tekfen Construction və digərləri çıxış edir.
Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Konfrans hər il aparıcı şirkətlərin 500-dən çox ali rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir arada toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi üçün imkanlar yaradır.
Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın platin sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Statoil, Gümüş Sponsorlar - INPEX, McDermott, Bürünc Sponsorlar – EGS, EY, Dentons, Lamor Corporation, Nobel Upstream, SOCAR AQS, Total, Turkish Petroleum çıxış edirlər.
Bu il “Caspian Oil & Gas” sərgisi daha parlaq və dolğun keçəcəkdir. Belə ki, “Caspian Oil & Gas” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi planlaşdırılır.
Bu gün haqlı olaraq “Caspian Oil & Gas” sərgisini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq. Konfrans və sərgi barədə ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni www.caspianoilgas.azи www.oilgasconference.az rəsmi saytlardan əldə etmək olar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb