Bakıda 15 əcnəbi saxlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
YeniAvropa DMX-nin saytına istinadla xəbər verir ki, Xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 14 nəfər Hindistan və 1 nəfər Banqladeş vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb. Araşdırma zamanı Hindistan vətəndaşlarından altı nəfərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduğu və səkkiz nəfərin ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.
Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banqladeş vətəndaşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qarşılığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə çalışdığı məlum olub. DMX tərəfindən Rusiya Federasiyasının azyaşlı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində məlumatlar dəyişdirilərək A.M.Rahmanın adına saxtalaşdırılıb. Əcnəbi həmin vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yusubov Tərlan Tofiq oğlu tərəfindən hazırlandığını bildirib.
Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha dörd nəfər Hindistan vətəndaşının sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gətirilmələrini, burada yerləşdirilmələrini Azərbaycanda daimi yaşayan Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Nasirin təşkil etdiyi və onun müəyyən məbləğdə ödəniş qarşılığında həmin əcnəbiləri qanunsuz yollarla leqallaşdırmağa çalışdığı aşkarlanıb.
Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb