Sentyabrın 19-da Rusiyanın Həştərxan şəhərində IV Xəzər Mediaforumu keçiriləcək.
YeniAvropa "astrakhan-24.ru" saytına istinadla xəbər verir ki, bununla əlaqədar Həştərxan vilayətinin qubernatoru Kanat Şantimirovun sədrliyi ilə İşçi Qrupunun ilk iclası keçirilib. Mediaforumun Həştərxan Opera və Balet Teatrında keçirilməsi nəzərdə tutulur.
Ənənəvi olaraq Rusiya KİV-ləri ilə yanaşı, mediaforumda iştirak üçün Azərbaycan, Qazaxıstan, İran və Türkmənistana rəsmi dəvətlər göndəriləcək.