Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazisinin hasarlanması ilə bağlı daxil olan məlumatı nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.
Departamentdən YeniAvropa-ya bildirilib ki, əraziyə keçirilən baxış zamanı həmin ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində, ümumilikdə, yaşköküstə 32 müxtəlifcinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olub.
Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi Rayon və Bakı Şəhər İcra hakimiyyətlərinə telefonoqram göndərilib.