Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 71,38 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 70,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar azalaraq 66,01 dollar təşkil edib.