Bakıda I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfrans keçiriləcək
Aprelin 17-18-də ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər MDB ölkələrinin, habelə Avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə Bakıda "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" mövzusunda I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı keçiriləcək.
YeniAvropa xəbər verir ki, konfrans Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır.
İki gün davam edəcək sərgi-konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçiriləcək.
Konfransda "Unionpay", "VISA", "Microsoft", "Tinkoff bank", "Oracle financial sevices", "Kaspersky LAB", "DenizBank", "SWIFT" , "BVK technology", "KAL-ATM software", "ABBY", "İntellect design", "FBS Group", "Capitalbanking solutions", "UBIQ innovations", "KOD-A", "Fit Solutions", "İntertech", "Paymentology" "Olimpic banking systems by ERI" "BankSoft", "Spinnaker" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Bundan əlavə, tədbirin ikinci günündə maliyyə təşkilatlarının istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələri aparılacaq.
Tədbirdə yerli və xarici mətbuat nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb