İndiyədək Mərkəzi Seçki Komissiyasında (MSK) 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.
YeniAvropa xəbər verir ki, bu barədə sechki-2018.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
O qeyd edib ki, indiyədək 53 min 366 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Şahin Əsədli əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.