logo

İlham Əliyev iki sərəncamla Bərdə rayonuna ümumulikdə 10 milyon manat ayırıb

18:01 26-03-2018 | icon 3402
İlham Əliyev iki sərəncamla Bərdə rayonuna ümumulikdə 10 milyon manat ayırıb

Prezident İlham Əliyev martın 26-da Bərdə ilə bağlı imzaladığı iki sərəncamla  rayonda aparılan abadlıq quruculuq və yol tikintisi içlərinə ümumilikdə 10 milyon manat ayırıb. 

YeniAvropa xəbər verir  ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. 

“Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda qeyd edilir ki, abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Bərdə rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

“Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamda isə qeyd edilir ki, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.