Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
YeniAvropa xəbər verir ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.
Sonra Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.