17.10
Bakı Dəmir Yolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yalandır. Bu barədə YeniAvropa-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. S.Qədirova deyib ki, yalnış məlumat verən şəxs barədə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görüləcək.
****
14.32
Bakı Dəmir Yolu Vağzalında partlayıcı olması barədə polisə məlumat daxil olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova KİV-ə bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib, əraziyə xilasedicilər gəlib və axtarışlara başlanılıb. Hazırda axtarış işləri davam etdirilir.
Qeyd edək ki, naməlum şəxs polisə zəng edərək Bakı Dəmir Yolu Vağzalının ikinci mərtəbəsində partlayıcı qoyulduğu barədə məlumat verib.
O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.
Əlavə edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub.
Axtarışlara təlim görmüş itlər də cəlb edilib.