logo

Mərkəzi Bank 250 milyon depozit  cəlb edəcək

20:41 25-03-2018 | icon 2646
Mərkəzi Bank 250 milyon depozit  cəlb edəcək

Martın 27-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.