logo

Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən 146 milyard dollar gəlir əldə edib

19:10 18-09-2020 | icon 2653
Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən 146 milyard dollar gəlir əldə edib

İstismara veriləndən bu ilin sentyabrına kimi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib. Ümumilikdə AÇG layihəsi hesabına 145,8 milyard dollar gəlir əldə edilib.

 YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapıb.

P.Şahbazov qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır.