MSK sədri: Bülletenlərin çapı prosesi bir həftə ərzində başa çatacaq
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 seçki bülleteninin çapı nəzərdə tutulub. Bu rəqəm ümumi seçicilərin sayından 3 faiz artıqdır.
YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Bülletenlərin mətni, forması, sayı və hazırlanma qaydasının MSK-nın qərarı ilə təsdiq olunduğunu deyən Məzahir Pənahov qeyd edib ki, proses bir həftə ərzində başa çatacaq. Bülletenlərin çapı tam başa çatdıqdan sonra dairə seçki komissiyalarına paylanılmağa başlanacaq.
MSK sədri bildirib ki, səsverməyə beş gün qalana qədər Komissiya bülletenləri dairələrə çatdırmalıdır. Dairələr bülletenləri qəbul etdikdən sonra seçkilərə 3 gün qalana qədər məntəqələrə paylamalıdır. Bülletenlərin aşağı seçki komissiyalarına çatdırılması prosesi KİV-in müşahidələri ilə həyata keçiriləcək.
Dairə seçki komissiyalarının bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edəcəyini deyən Məzahir Pənahov vurğulayib ki, çap zamanı yararsız bülleten olarsa aktlaşdırıldıqdan sonra məhv edilir. O, həmçinin əlavə edib ki, mətbəədə gedən çap prosesi KİV nümayəndələrinə, namizədlərə, o cümlədən səlahiyyətli nümayəndələrə və müşahidəçilərə tam açıqdır. Bundan başqa, bülletenlərin çatdırılmasında və qorunmasında aidiyyəti dövlət qurumları ciddi təhlükəsizlik tədbirləri görürlər. Seçki Məcəlləsindən irəli gələrək bülletenlər dairə və məntəqələrə paylanılacaq.
Bülletenlərin çapında hər hansı çatışmazlığa rast gəlinmədiyini deyən MSK sədri mətbəə rəhbərliyinin bu proseslə bağlı böyük təcrübəyə malik olduğunu söyləyib. Məzahir Pənahov, həmçinin qeyd edib ki, bülleten kağızları xüsusi olaraq seçilir.
MSK sədri “exit-poll” keçirəcək təşkilatlarla bağlı da məlumat verib. O qeyd edib ki, “exit-poll”da ABŞ və Fransadan təşkilatlar da iştirak edəcək. Ümumilikdə 4 təşkilat müraciət edib. MSK özü də “exit-poll”un keçirilməsində maraqlıdır. Yalnız “exit-poll”da iştirak edən qurumlar qaydaları tam bilməlidir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb