logo

Yaşadığı evi 5 ildən tez satarlar vergi ödəyəcəklər

15:17 24-03-2018 | icon 2828
Yaşadığı evi 5 ildən tez satarlar vergi ödəyəcəklər

Fiziki şəxs yaşayış üzrə qeydiyyatda olduğu evi 5 ildən tez satarkən notariusda alqı-satqı zamanı vergi ödəməli olacaqlar.

YeniAvropa xəbər verir  ki, bu haqda Vergilər Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Lakin mövcud qanunvericiliyə əsasən, (Vergi Məcəlləsinin 150.1.9-cu, 218.4.3-cü, 219.3-1-ci maddələri) mülkiyyətində olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyata malik yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.