MSK prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb
2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri seçki bülletenlərinin çapına başlanması ilə bağlı martın 24-də Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər. Seçki bülletenlərinin çap olunması prosesi və bu məqsədlə Mətbəədə yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına verilməsinin dəqiqliklə yerinə yetirilməsi üçün tövsiyələrini verib.
Prezident seçkilərinin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün tamamilə açıq və şəffaf həyata keçirilən proses barədə jurnalistlərə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub. Prezident seçkiləri ilə əlaqədar 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin çap olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
Tədbir çərçivəsində MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə seçkilərin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi həyata keçirilmiş layihələr və son hazırlıq işləri barədə də ətraflı məlumat verib, həmçinin jurnalistlər tərəfindən ünvanlanmış sualları cavablandırıb.
Seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb