Bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barel proqnozlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilir. Hesabata əsasən, 2018-ci ildə ölkəmizdə neft hasilatının ötən illə müqayisədə sutkada 0,03 milyon barel azaldılacağı gözlənilir.
Bundan əlavə, OPEC-in hesabatında yanvar ayında Azərbaycanda hasilatın sutkada 0,76 milyon barel təşkil etdiyi və bunun yaxşı göstərici olduğu öz əksini tapıb.