Yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 128 ev alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ev çoxdur.
YeniAvropa Türkiyə saytlarına istinadla xəbər verir ki, ilk 2 ayda Türkiyədə daha çox ev alan ölkələrin sıyahısında Azərbaycan 9-cu yerdədir. Birinci yerdə isə İraqdır.