logo

Ötən iki ayda dəmir yolu ilə 221 min tondan çox yük ixrac edilib

14:42 22-03-2018 | icon 2667
Ötən iki ayda dəmir yolu ilə 221 min tondan çox yük ixrac edilib

2018-ci ilin yanvar-fevral ayında dəmir yolu nəqliyyatı ilə 221 min 793 ton yük ixrac olunub.

YeniAvropa xəbər verir  ki, bu haqda Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, hesabat dövründə bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 734 min 33 ton təşkil edib.