Yay uçuş qrafikinə keçidlə əlaqədar olaraq Qazaxıstanın "AirAstana" aviaşirkəti cari ilin mart ayının 25-dən oktyabrın 27-dək qüvvədə olacaq yeni uçuş cədvəlinə keçir.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.
Məlumatda daha sonra qeyd edilib ki, "AirAstana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən MDB-yə daxil olan 5 ölkəyə (Azərbaycan, Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), eləcə də Ukrayna və Gürcüstana yeni uçuş cədvəli ilə uçuşlarını davam etdirəcək.