Sentyabrın 15-də yuxarı sinif şagirdləri onlayn tədrisə başlayacaqlar.
YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq.
“Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq həftədə 2 və ya 3 dəfə” ,-deyən təhsil naziri daha sonra sözlərinə əlavə edib ki, burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir.
"Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə, oktyabrın 1-nə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı, əgər yenə də hər şey yaxşı gedərsə, 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”, - deyə o, bildirib.