logo

İstanbulda ümumtürk Novruz şənliyi keçirilib

16:27 21-03-2018 | icon 2121
İstanbulda ümumtürk Novruz şənliyi keçirilib

İstanbulun Topqapı rayonunda yerləşən “Türk dünyası” şəhərciyində Novruz şənliyi təşkil olunub.

YeniAvropa xəbər verir  ki,  şənlikdə türkdilli ölkələr, o cümlədən ayrı-ayrı dövlətlərdə mədəni muxtariyyəti olan türkdilli xalqlar təmsil olunublar.

Novruz tonqalı alovlandırıldıqdan sonra şənlik bədii proqramla davam edib.

Burada İstanbuldakı baş konsulluğumuz tərəfindən Azərbaycan guşəsi təşkil olunub.

İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal və digər rəsmi şəxslər Azərbaycan guşəsinə baş çəkib, buradakı insanlarla bayramlaşıblar.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev şənlikdə iştirak edib.