logo

Cənub bölgəsində modul tipli 16 məktəb quraşdırılacaq

15:36 21-03-2018 | icon 4242
Cənub bölgəsində modul tipli 16 məktəb quraşdırılacaq

Prezident İlham Əliyev martın 21-də “Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki,  Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon 942 min manatı Təhsil Nazirliyinə ayrılıb.