Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 774,2 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, əhalinin banklardakı əmanətləri son bir ayda 67,8 milyon manat artıb.
İlin əvvəlinə nisbətən isə bu göstərici 863,7 milyon azalıb.