logo

Yurdumuza Bahar gəldi

20:17 20-03-2018 | icon 2828
Yurdumuza Bahar gəldi

Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da qədəm qoyub.YeniAvropa xəbər verir  kibu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov  məlumat verib. Onun sözlərinə görə, baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir: “Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.