Dəyəri 800 dollardan artıq mallara əlavə gömrük rüsumu tutulacaq
Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir. Əvvəlki qərara əsasən, bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, bundan əlavə beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1000 ABŞ dolları olub: "Fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır".
İqtisadçı belə hesab edir ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın:
"İndiki halda isə qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq".
Bu tədbir, həmçinin manatın devalvasiyanı ertələməyə xidmət edir, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb