Martın 19-da Novruz bayramı və baharın gəlişi münasibətilə Azərbaycan paytaxtında keçirilən ümumxalq şənliyi Bakı şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.
YeniAvropa xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.
Bayram şənliyi Bakının bahar səmasını al-əlvan rənglərə boyanan möhtəşəm atəşfəşanlıqla başa çatıb.