İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlikdən YeniAvropa-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.