OPEC: Neft hasilatının azaldılmasında Azərbaycan aparıcı rol oynayır
Dünya neft bazarında qiymətlərin sabitləşməsi, balansın yaranması və neft hasilatının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın aparıcı rol oynayır.
YeniAvropa xəbər verir ki, , bunu Bakıda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo martın 19-da energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüşdə deyib.
Görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan kimi zəngin tarixə malik bir ölkədə olmaqdan məmnunluğunu diqqətə çatdırıb. O, dünya neft bazarında qiymətlərin sabitləşməsi, balansın yaranması və neft hasilatının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın aparıcı rol oynadığını qeyd edib. Baş katib istehsalçı və istehlakçıların maraqlarını təmin edən vəziyyət yarandıqdan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif ölkələrlə nəzərdən keçirilən əməkdaşlıq platformalarından danışıb.
Neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın da yaxından iştirak etdiyi OPEC və qeyri-OPEC formatının uğurlu olduğunu deyən energetika naziri Pərviz Şahbazov bildirib ki, neft bazarında tarazlığın bərpası bu əməkdaşlığın nəticəsidir. “Azərbaycan öz öhdəliyinə sadiqdir və OPEC təşəbbüsünə qoşulan ölkə kimi gələcək müzakirələrdə iştirak etməyə və prosesə öz töhfəsini verməyə hazırdır”,- deyə nazir əlavə edib.
Görüşdə cari ilin iyun ayında keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası və 7-ci Beynəlxalq Seminarla bağlı müzakirələr aparılıb. Eləcə də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti konfranslarından birinin Bakıda keçirilməsi təklif olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb