logo

“Bakcell” abunəçiləri Novruz tətilində ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri alacaqlar

17:21 19-03-2018 | icon 2751
“Bakcell” abunəçiləri Novruz tətilində ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri alacaqlar

“Bakcell” abunəçiləri Novruz tətilində ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Novruz bayramı tətilini başqa ölkələrdə keçirəcək abunəçilərinə “Bakcell TaxFree4U” xidmətindən yararlanmağı tövsiyə edir.  Şirkətdən  YeniAvropa-ya verilən məlumatda qeyd edilir ki, bununla da abunəçilər xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) rahat formada geri ala biləcəklər.

“TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən “Bakcell” müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə etməlidirlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac yoxdur. Həmçinin, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsinigeri ala bilirlər.

“Bakcell” abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.

Xatırladaq ki, Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün “Bakcell” abunəçiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Bakcell TaxFree4U” mobil əlavəsini “AppStore” və ya “GooglePlay” vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir.