Azərbaycanda koronavirusla bağlı 17 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb
Bildirilib ki, son sutkada koronavirusa görə 5153 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 836 min 908-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 202, süni tənəffüs cihazında olan xəstə sayı 31 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə 34 min 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 42 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib. Aktiv xəstə sayı 1793 nəfərdir.