logo

Yeni tədris ilində müəllimlərin maaşlarında azaldılma olmayacaq

21:20 17-08-2020 | icon 5180
Yeni tədris ilində müəllimlərin maaşlarında azaldılma olmayacaq

Azərbaycan Respublikası Təhsil İnstitutu COVID-19 pandemiyası şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edib. Yeni tədris ili üçün təklif olunan layihədə dərslərin həm ənənəvi, həm də onlayn formada keçirilməsi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir ki, bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib.

O bildirib ki, ənənəvi tədris planları qalacaq və müəllimlərin əməkhaqlarında heç bir azalma olmayacaq.