logo

36 kq-dək narkotik vasitə dövriyyədən çıxarıldı

14:23 19-03-2018 | icon 2317
36 kq-dək narkotik vasitə dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumatda qeyd edilir ki,  bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram marixuana götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocasən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkarlanıb.

Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.

Səbail Rryon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.