Yeddi ayda ölkədən 7 milyard 713,2 milyon kubmetr təbii qaz ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 488,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 6 milyard 709,6 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 262,4 milyon dollar olub.